Qurban Qurbanov futbolçularını sevindirdi
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunçularına əlavə istirahət vermək qərarına gəlib.
Telexeber.az "Trend"ə istinadən bildirir ki, "Kəpəz"ə məğlubiyyətdən sonra, psixoloji stressi azaltmaq məqsədilə məşqçi komandaya dörd günlük fasilə verib.
Komanda 25 mart tarixində yenidən toplanacaq.
Qeyd olunur ki, "Qarabağ"ın növbəti oyunu 3 apreldə Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı baş tutacaq.