“Qarabağ” - “Sabah” biletlərinin satış tarixi açıqlanıb

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılır.
Telexeber.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Azarkeşlər biletləri iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Oyun aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" xanım azarkeşlər üçün giriş ödənişsiz olacaq.
Популярный ролик