"Real" məşhur futbolçuya görə onları klubdan göndərir
Facebook
Вконтакте
Одноклассники
Google+

"Real Madrid" böyük transfer həyata keçirmək istəyir.
Telexeber.az xəbər verir ki, İspaniya nəhəngi "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesin xidmətində maraqlıdır. Məlumata görə, “Real” futbolçunu mövsümün sonunda transfer etmək istəyir. Bildirilir ki, klub Enzo Fernandesi transfer etmək üçün bir neçə futbolçunun göndərilməsinə razılıq verib. Onların arasında Eduardo Kamavinqanın da olduğu iddia edilir. Məlumata görə, "Çelsi"nin tələb edəcəyi yüksək transfer haqqı transferrin reallaşmasında maneə ola bilər. Lakin, London komandası Çempionlar Liqasına vəsiqə qazana bilməsə Enzo Fernandesin getməsinə razılıq verə bilər.
Qeyd edək ki, bundan əvvəl Enzo Fernandes İspaniyanın paytaxtı Madriddə yaşamaq istədiyini açıqlamışdı.