AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVI turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Telexeber.az-ın məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, "Sumqayıt" - "Neftçi" oyununda baş hakim Kamal Umudlunun, "Zirə" - "Şamaxı" matçında isə Elçin Məsiyevin bir epizodda yanlış qərarlar verdiyini bildirib.