U-17 millisi Pakistan yığmasına qalib gəldi
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Telexeber.az xəbər verir ki, yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da, Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb.