"Real"da ara qarışdı - Futbolçular dalaşıb

“Real Madrid”in məşq bazasında qalmaqallı hadisə baş verdiyi iddia olunur.
Telexeber.az xəbər verir ki, Valdebebas bazasında komanda daxilində insident yaşanıb. Bu barədə jurnalist Migel Serrano “Onda Cero” radiosunda çıxışı zamanı bildirib.Məlumata görə, almaniyalı müdafiəçi Antonio Rüdiger ilə Alvaro Karreras arasında yaranan gərginlik pik həddə çatıb və Rüdiger komanda yoldaşına şillə vurub. Bildirilir ki, hadisə “Alaves” və “Betis”lə oyunlar arasındakı müddətdə baş verib.

Qeyd olunur ki, son vaxtlar Real Madrid düşərgəsində bir neçə qalmaqal yaşanıb. Belə ki, Kilian Mbappenin model Ekster Espozito ilə İtaliyaya səfəri geniş müzakirələrə səbəb olub. Eyni zamanda, yarımmüdafiəçi Dani Sebalyos ilə klubun sabiq futbolçusu Alvaro Arbeloa arasında da gərginlik yaşandığı bildirilir.
Популярный ролик