Ulduz futbolçuları dəyişmək istəyirlər - İlin mübadiləsi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirə bilər.
Telexeber.az xəbər verir ki, “İnter” yay transfer dönəmində uruqvaylı futbolçunu heyətinə qatmaq istəyir. Milan təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün Arauxonun keçidini əsas variantlardan biri kimi nəzərdən keçirdiyi bildirilir. İddialara əsasən, “İnter” bu transfer üçün Alessandro Bastonini “Barselona”ya təklif etməyə hazırdır. Klub rəhbərliyinin futbolçuların dəyişdirilməsi variantını müzakirə etdiyi vurğulanır.

Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Популярный ролик