Ən şad günündə atası öldü

Türkiyə I Liqasının pley-off mərhələsinin finalında “Çorum FK” “Esenler Erokspor”u 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb. Komandanın qələbə sevincinə isə matəm kölgə salıb.
Telexeber.az xəbər verir ki, qarşılaşmadan sonra “Çorum FK”nın futbolçusu Jozef Attamah atasının vəfat xəbərini alıb. Bu səbəbdən komanda çempionluq sevincini yaşaya bilməyib.

Komandanın baş məşqçisi Uğur Uçar matçdan sonra “Çox acı bir xəbər aldıq. Attamahın atasının vəfat etdiyini öyrəndik. Buna görə də bu gün qələbəni təntənəli qeyd etmədik”, - deyib.

Futbolçular gecəni atasını itirən komanda yoldaşları ilə birlikdə keçirərək, onu tək qoymayıblar.
Популярный ролик