“Fənərbaxça” prezidenti seçilmədən iki futbolçu ilə anlaşdı
Facebook
Вконтакте
Одноклассники
Google+

“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi konqres üzvləri üçün təşkil etdiyi tədbirdə açıqlamalar verib.
Telexeber.az xəbər verir ki, o, iki türk oyunçusunu İstanbula gətirdiyini bildirib. Hakan Safi deyib: “Türkiyəyə iki ulduz gətirdim, razılığa gəldim! Həmçinin iki milli komanda oyunçusu ilə də razılığa gəldim. Seçkilərdən əvvəl 2-3 dünya ulduzu gətirəcəyimi demişdim! Sizi məyus etməmək üçün imzalanmış müqavilə olmadan bunu elan etmirəm”, - deyə bildirib.
O, həmçinin razılaşmalar barədə detalları açıqlayıb.