
2026-cı il FIFA Dünya Kubokunda 48 ölkədən 1248 oyunçu iştirak edəcək.
Telexeber.az xəbər verir ki, turnirdə 891 oyunçu debüt edəcək. FIFA-nın açıqlamasına görə, Kabo-Verde, Kyurasao, İordaniya və Özbəkistan kimi ölkələr Dünya Kubokunda ilk dəfə iştirak edəcək.
Bildirilir ki, bu turnirdə ən azı bir Dünya Kuboku heyətində yer alan 357 oyunçu yenidən dəvət olunub. Həmçinin onların arasında 22 oyunçu daha əvvəl Dünya Kubokunun qalibi olub.
Turnirin ən yaşlı oyunçusu (Şotlandiyadan Kreyq Qordon, 43 yaş 162 günlük) ilə ən gənc oyunçusu (Meksikadan Gilberto Mora, 17 yaş 240 günlük) arasında 25 ildən çox yaş fərqi var.
Bildirilir ki, turnirə yaşı 20-dən az olan 22 oyunçu, 40 yaşdan yuxarı isə 7 oyunçu dəvət olunub.
2010-cu il FIFA Dünya Kubokunda Portuqaliya millisinə, 2014, 2018 və 2022-ci illərdə isə İran millisində rəhbərlik edən Qananın portuqaliyalı məşqçisi Karlos Keyroz, Bora Milutinoviçdən (1986–2002) sonra komandaya ardıcıl beş turnirdə rəhbərlik edən ikinci məşqçi olacaq.
Argentina millisinin ulduzu Lionel Messi, Portuqaliyanın futbolçusu Kriştiano Ronaldo və Meksikanın qapıçısı Gilyermo Oçoa altıncı FIFA Dünya Kuboku macərasına hazırlaşır.