Mourinyonun ilk transferi bəlli oldu

“Real Madrid” Bernardo Silvanın transferini yekunlaşdırmaq üzrədir.
Telexeber.az xəbər verir ki, Madrid təmsilçisinin portuqaliyalı yarımmüdafiəçiyə rəsmi təklif təqdim etdiyi və tərəflər arasında danışıqların başa çatmaq üzrə olduğu irəli sürülüb. İnsayder Fabrizio Romanonun məlumatına görə, 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə variantı müzakirə olunur və futbolçu “Real”a keçidə razılıq verib.

İddialara əsasən, “Real”ın yeni baş məşqçisi Joze Mourinyo da bu transferin reallaşmasında maraqlıdır. Bildirilir ki, təcrübəli mütəxəssis komandanın sükanı arxasına keçməzdən əvvəl rəhbərlikdən Bernardo Silvanın transferi üçün addımlar atılmasını istəyib.
Популярный ролик