"Tərs şillə yedik, ağlımız başımıza gəldi"
Facebook
Вконтакте
Одноклассники
Google+

Futbol üzrə dünya çempionatı çərçivəsində bu gün Avstraliya yığmasına 0:2 hesabı ilə məğlub olan Türkiyə milli komandası mütəxəssislərin və azarkeşlərin tənqid hədəfinə çevrilib.
Telexeber.az xəbər verir ki, ay-ulduzlu komandanın təcrübəli futbolçusu Hakan Çalhanoğlu da nümayiş etdirdikləri oyundan razı qalmayıb: "Qapımızdan bəsit qollar buraxdıq. Bizə yaraşmadı".
32 yaşlı yarımmüdafiəçi futbolun proqnoz sevmədiyini xatirladıb. Onun sözlərinə görə, Türkiyə yığması matçın favoriti sayılsa da, nəticə gözlənilməz oldu: "Azarkeşlərin ümidini doğrulda bilmədik. Buna görə çox üzgünük. Obrazlı desək, Avstraliya ilə oyunda tərs şillə yedik, ağlımız başımıza gəldi".
Hakan Çalhanoğlu həvəsdən düşmədiklərini bildirib: "Qarşıda iki vacib matçımız var. Həmin oyunlara yaxşı hazirlasacağıq. Məqsədimiz hər iki oyunda qalib gəlib növbəti mərhələyə adlamaqdır. Bunun üçün meydanda əlimizdən gələni edəcəyik".