"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.
Telexeber.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 45-ci və 68-ci dəqiqələrdə Mahir Emreli vurub.
Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.