Millimiz Moldovanı məğlub etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
Telexeber.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova seçməsi ilə üz-üzə gəlib.
Bakıdakı “ASK Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.
Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı D qrupunda bu oyuna qədər xal qazana bilməmişdi və sonuncu – 5-ci pillədə qərarlaşmışdı. Son oyundakı qələbə də yığmamızın mövqeyinə təsir etməyib. Belə ki, komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.