Əzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin

Əzələ ağrılarından uzaq olmaq üçün yediklərinizə diqqət edin


Əgər sizin davamlı olaraq əzələ ağrılarınız olursa, yediklərinizə diqqət etmək lazımdır. Bundan əlavə, sizlərə bəzi tövsiyələrimiz vardır ki, əgər yerinə yetirsəniz, faydalı olardı. (Tebyan saytına istinadən)

1. Həddən artıq qəhvə içirsiniz. Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəhvə o içəcəklərdəndir ki, əgər həddən artıq içilərsə, bədənə ziyan vura bilir. Çünki qəhvə əzələləri təhrik edən bir içəcəkdir.

2. Kifayət qədər kalium və B vitamini qəbul etmirsiniz. Kalium və B vitamini əgər bədəndə çatışmazsa, əzələ ağrılarına yol açar və hətta əzələ yığılmaları belə, baş verər. Ona görə də kalium ehtiyacını təmin etmək üçün gündəlik qida menyunuza bananı, zirəni, quru əriyi, pomidoru, kişmişi daxil edin. B vitamini üçün isə ciyər, mərci, xaş, yaşıl tərəvəzlər, düyü, göbələk yeyin.

3. Kifayət qədər su içmirsiniz. Adətən əzələ ağrıları o zaman baş verir ki, bədən həddən artıq su itirir və insan da suya olan gündəlik ehtiyacını qəbul etmir. İnsan əgər suyu az qəbul edərsə, maddələr mübadiləsi pozular. Nəticədə sümüklər və əzələlər kifayət qədər hərəkət edə bilməz. Əgər idman əhlisinizsə, bədən fəaliyyəti ilə birlikdə su da qəbul etmək lazımdır. Çünki idman edən zaman insan bədənindən çox miqdarda su dəf olar. Nəticədə əzələ oksigenini əldən verər və ağrıların meydana gəlməsinə səbəb olar.

4. Soyuq havada çox qalırsınız. Soyuq hava qan dövranına təsir qoyan amillərdəndir. Əzələ ağrılarına səbəb ola bilər. Bədən daxili istiliyini qorumaq üçün əzələlərə təzyiq göstərər. Nəticədə qan dövranı adi halından çıxar və əzələ ağrılarına yol açar.


5. İsinmə hərəkətləri etmədən idmana başlamaq. Əgər isinmə hərəkətləri etmədən idmana başlasanız, əzələ ağrılarına düçar olarsınız. Əgər bədəninizi idmana alışdırmadan ağır hərəkətlər etsəniz, bədən adi haldan daha çox suyu bədəndən dəf edəcəkdir. Nəticədə əzələ daha çox oksigensiz qalacaqdır ki, bu da xoşagəlməz ağrılara yol açar.
Популярный ролик