"Qarabağ" gürcüstanlı qapıçı ilə müqavilə bağlayıb - Gürcüstan KİV
Facebook
Вконтакте
Одноклассники
Google+

22 yaşlı gənc qolkiper Luka Quqeşaşvili "Qarabağ"a gələcək.
Telexeber.az xəbər verir ki, bu barədə Gürcüstanın goal.ge nəşri məlumat yayıb. Nəşrin məlumatında qeyd olunub ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ağdam təmsilçisi bununla bağlı hər hansı bir məlumat yaymayıb.
Luka Quqeşaşvili ən son “Yagelloniya”nın qapıçısı olub.