Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.Telexeber.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.
Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.
"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.