Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayırBu gün Azərbaycanın altı cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Telexeber.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rövşən Əliyev bu raundda Daniel Lautgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkonun, İbrahim Əliyev Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjeslə (Niderland) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.
Популярный ролик