Yunan-Roma güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdu
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Telexeber.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı yaponiyalı Fumita Keniçiro ilə qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.
Beləliklə, yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.