Yuxusuzluqdan əziyyət çəkirsiniz? - Bunlara mütləq əməl edin

Yuxusuzluqdan əziyyət çəkirsiniz? - Bunlara mütləq əməl edin


Çağdaş dövrümüzün ən böyük problemlərindən olan yuxusuzluq artıq kütləvi hal alıb. Aparılan elmi araşdırmalar sübut edib ki, 8 saat gecə yuxusu alabilənlərin nisbəti 30 faizi belə keçmir. Yuxusuzluq artıq piylənmə, infarkt, təzyiq, depressiya, şəkərli diabet və bir çox xəstəliklərin yaranmasına səbəb olan amillərdəndir. Mütəxəssislər normal şəkildə yuxuya getməyin ən asan və faydalı üsullarını açıqlayıblar.

Beş.az yenicag.az-a istinadən həmin üsulları təqdim edir:

- Antioksidant və fol turşusu baxımından zəngin olduğu üçün yatmazdan 2 saat əvvəl 2 kivi yemək olduqca faydalıdır. Həmçinin axşam saatlarında spirtli içkilərdən uzaq durun(çalışın ümumiyyətlə qəbul etməyin).

- Qadınlar gündə 2 litr, kişilər isə 2,5 litr su içməlidir. Bədənin hərarətini tarazlamaq üçün 21:00-da duş qəbul edin.

- Stressi aradan qaldırmaq üçün qabları əl ilə yuyun. Cildinizə 20 dəqiqə masaj edərək, üz əzələlərini rahatladın.

- Yatmazdan əvvəl 45 dəqiqə klassik musiqi dinləyin. Nəbzi tarazlamaq üçün yerdə uzanaraq ayaqlarınızı yuxarı qaldırıb divara söykəyin.

- Təzyiq və nəbzi qorumaq üçün lavanda yağını qoxulayın. Zehninizi rahatlatmaq üçün bir siyahı hazırlayın.

- Əllərinizi yuduqdan sonra, dəsmal ilə qurulamayın. Çünki, öz-özünə quruması bədənin hərarətini tənzimləyir.

- Meşədə, yaşıl çəmənlikdə gəzərək, bitkiləri qoxulayaraq təmiz hava alın. Yataq otağında qırmızı işıq yandırın.

- Yuxu hormonunu artırmaq üçün qoz yeyin. Gün ərzində 5 dəqiqəliyinə quşları seyr edin.
Популярный ролик