Bu təklifə "yox" demək olmaz - İkardi "Qalatasaray"dan ayrılır

İngiltərənin “Nyukasl” klubu “Qalatasaray”da icarə əsasında forma geyinən Mauro İkardini transfer etmək istəyir.


Telexeber.az xəbər verir ki, PSJ-yə məxsus olan İkardi üçün “Nyukasl” yüksək məvacibi olan təklif hazırlayıb. Mauro İkardinin “Qalatasaray”dan ayrılmaq istədiyi barədə iddialar var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sərvət fondu “PIF”, “PCP”, “Capital Partners” və “Reuben Brothers” şirkətlərinin də daxil olduğu Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən konsorsium “Nyukasl”ı 352 milyon avroya alıb. Alqı-satqı prosesi rəsmən başa çatandan sonra klubun yeni sahibi Məhəmməd bin Salman olub. Bildirilir ki, Məhəmməd bin Salmanın “Mançester Siti” ilə müqayisədə “Nyukasl”a 10 dəfə çox sərmayə qoymaq potensialı var.
Популярный ролик