Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı və qərargahı Gəncə şəhərində olub.
Baku.Tv tarixi qərarların verildiyi binada 102 illik xatirələri araşdırıb. 1918-ci ilin 16 iyun tarixində Xalq Cumhuriyyəti Tiflisdən Gəncəyə köçür və fəaliyyətini indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında davam etdirir.
AXC Gəncədəki üç aylıq fəaliyyəti dövründə bir çox vacib qərarlar qəbul edir. Məhz bu binada keçirilən toplantılarda müstəqilliyimizin qurucuları, baniləri tərəfindən Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun yaradılması kimi çox böyük əhəmiyyət kəsb edən qərarlar qəbul olunur, tarixi sənədlər imzalanır.
Xalq Cumhuriyyəti dönəmində Gəncənin tarixi adı özünə qaytarılır.
Azərbaycan Xalq Cumhuriyyət tarixinin ilk mətbu orqanı “Azərbaycan Hökümətinin Xəbərləri” adlı nəşri də burada işıq üzü görür. Bundan əlavə, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi də Gəncədən başlayır.