Koronavirusa yoluxan Xalq artisti reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır
- 20.12.2020, 22:56,
- Mədəniyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.
Telexeber.az xəbər verir ki, bu barədə Olke.az-a prodüser Sənan Sərdaroğlu məlumat verib.
Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.