Daha iki ölkə "Eurovision"dan imtina edib
- 14.10.2021, 13:35,
- Mədəniyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bosniya və Herseqovina İtaliyada keçiriləcək “Eurovision 2022” mahnı müsabiqəsində iştirak etməyəcək.
Telexeber.az-ın məlumatına görə, bu barədə Bosniya və Herseqovinanın teleradio şirkəti “BHRT” məlumat yayıb.
Buna səbəb kimi “BHRT” ilə Avropa Yayım Birliyi arasındakı hələ də həll olunmayan maliyyə problemləri göstərilir. Belə ki, “BHRT” Avropa Yayım Birliyinə olan borcunu ödəyənə qədər ölkə “Eurovision”da iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.