Dərman sahəsində nələr dəyişəcək? - Deputatdan AÇIQLAMA

Azərbaycanda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir. Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bəs qanuna edilən dəyişikliklər bu sahədə hazırda olan problem və narazılıqları aradan qaldıracaq?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Telexeber.az"a açıqlamasında bildirdi ki, edilən dəyişikliklə dərman sahəsində çatışmazlıqlar aradan qalxacaq:


"Qanun layihəsinin qəbul edilməsi ilə birmənalı olaraq ölkəmizdə dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılmasına səbəb olacaq. Eləcə də, ölkədə yarana biləcək dərman qıtlığı aradan qalxacaq.

Dərman vasitələrinin istehsalı ilə məşğul olan etibarlı və tanınmış istehsalçıların dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi ilə innovativ dərman vasitələrinin dövlət qeydiyyatına cəlb edilməsi, bunun yanında ekspertizanın həyata keçirilmə müddətinin, ən əsası daha əvvəlki vaxtlarla müqayisədə azaldılması, tələb edilən sənədlərin azaldılması, sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi baş tutacaq.

Dünyada, xüsusən Avropa ölkələri daxil olmaqla qəbul edilmiş və onların qeydiyyatından keçmiş və dünyada istifadəsi qəbul edilmiş dərmanların ölkəyə çox sadə üsulla gətirilməsinə imkan yaradacaq. Bu da özlüyündə gələcəkdə həm qiymətlərin tənzimlənməsi, həm bazarda sağlam rəqabətin yaranmasına imkan yaradacaq. Xüsusən dünyada farmaseptika sahəsində aparıcı qurumların və təşkilatların ölkəmizdə fəaliyyətini daha da rahat bir şəkildə qurmasına şərait yaradılacaq. Dərman vasitələrinin vətəndaşa əlçatanlığının keyfiyyətli və ən əsası uyğun qiymətə olmasına imkan yaradacaq".

Məlumat üçün bildirək ki, sözügedən yeni dəyişikliklə aşağıdakılar nəzərdə tutulub:

Təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Qanunla 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.
Qanunda qeyd edilir ki, dəyişikliklə dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Yeni təkliflərə görə, qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.
Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.
Azərbaycanda xarici (beynəlxalq) qeydiyyatı tanınan dərman vasitəsinin dövlət qeydiyyatı 5 (beş) il müddətində qüvvədə olacaq.
Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin yenidən dövlət qeydiyyatına alınması məqsədilə ərizəçinin müraciətinə bu qanunun 6-2-ci
Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin bu qanunun 6-2.3-cü maddəsində qeyd olunan sənədlərində (məlumatlarında) hər hansı dəyişiklik olduqda, ərizəçi dəyişikliyin dövlət qeydiyyatına alınması üçün icazə verən orqana müraciət edəcək.
Müraciətə icazə verən orqan tərəfindən bu qanunun 6-2.5-ci – 6-2.14-cü maddələrində nəzərdə tutulan qaydada baxılır, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi aldıqdan sonra dəyişiklik dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında yeni vəsiqə ərizəçiyə təqdim edilir. Bu zaman reyestr nömrəsi və dövlət qeydiyyatı haqqında vəsiqənin nömrəsi dəyişməyəcək.
Популярный ролик