Xəstəxanalar onlayn randevu sisteminə keçəcək
- 20.12.2025, 11:43,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gələn ildən Yeni Klinikada və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tam olaraq onlayn randevu sistemi tətbiq ediləcək.
Telexeber.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb”.