Nevrologiya sahəsində peşəkarlığın ünvanı: Dr. Jalə Qarayeva pasiyentlərə yüksək səviyyəli tibbi xidmət göstərir.“Fədakar həkimə dövlət səviyyəsində qiymət – Qənirə Paşayeva Dr. Jalə Qarayevaya məktub ünvanladı”


Azərbaycanda tibb sahəsində peşəkarlığı, zəngin təcrübəsi və insan sağlamlığına göstərdiyi xüsusi diqqət ilə seçilən həkimlərdən biri də tanınmış nevroloq, EEQ üzrə mütəxəssis Dr. Jalə Qarayevadır. Uzun illərdir nevrologiya sahəsində fəaliyyət göstərən həkim, sinir sistemi xəstəliklərinin müasir üsullarla diaqnostika və müalicəsində öz uğurlu nəticələri ilə seçilir.

Dr. Jalə Qarayeva 2001-ci ildə yüksək nəticə – 621 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 2007-ci ildə ali tibb təhsilini uğurla başa vurmuşdur. Daha sonra Respublika Klinik Xəstəxanasında nevrologiya üzrə internatura keçərək peşəkar fəaliyyətinin əsasını qoymuşdur. O, eyni zamanda Türkiyə Respublikasında – Ankara şəhərində yerləşən Gazi Xəstəxanasının nevrologiya kafedrasında ixtisaslaşaraq beynəlxalq tibbi təcrübə qazanmışdır.

Həkimin fəaliyyətində elmi tədqiqatlar da xüsusi yer tutur. Onun müəlliflərindən biri olduğu “Kəskin dövr işemik insultlarda endovaskulyar terapiyanın rolu” adlı elmi məqalə “Milli Nevrologiya” jurnalında dərc olunmuş, həmçinin beynəlxalq tibbi nəşrlərdə “Baş ağrıları” mövzusunda elmi yazısı yayımlanmışdır. Bu tədqiqatlar nevrologiya sahəsində aparılan müasir elmi yanaşmaların tətbiqinə töhfə verir.

Dr. Jalə Qarayeva Azərbaycan və Türkiyədə keçirilən çoxsaylı beynəlxalq konfranslar, tibbi simpoziumlar və ixtisasartırma kurslarında iştirak edərək bilik və bacarıqlarını daim təkmilləşdirir. Onun tibbi fəaliyyəti yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlara, o cümlədən “İlin həkimi” diplomuna və “Qızıl Fonendoskop” fəxri media mükafatına layiq görülmüşdür.

Nevroloq kimi Dr. Jalə Qarayeva geniş spektrli sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğuldur. Onun fəaliyyət sahəsinə baş ağrıları və miqren, epilepsiya, yuxu və yaddaş pozğunluqları, panik atak və nevrozlar, uşaqlarda nitq problemləri, onurğa və sinir ağrıları, eləcə də insult və digər serebrovaskulyar xəstəliklər daxildir. Həkim həmçinin müasir tibbin mühüm diaqnostik üsullarından olan EEQ (elektroensefaloqrafiya) müayinəsini də həyata keçirir.

Hazırda Dr. Jalə Qarayeva Bakı şəhərində yerləşən Referans Hayat hospital Mərkəz filialında fəaliyyətini davam etdirərək pasiyentlərə yüksək səviyyəli tibbi xidmət göstərir. Onun əsas prinsipi pasiyentlərə fərdi yanaşma, düzgün diaqnoz və müasir müalicə metodlarının tətbiqidir.

Qeyd edək ki, sinir sistemi xəstəliklərinin vaxtında aşkarlanması və müalicəsi insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu baxımdan peşəkar və təcrübəli həkimlərin fəaliyyəti cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Dr. Jalə Qarayeva da məhz bu missiyanı uğurla davam etdirən həkimlərdən biri kimi pasiyentlərin etimadını qazanmaqdadır.

“Şəhid ailələrinə və qazilərə dəstək olan həkim – Milli Məclisdən Dr. Jalə Qarayevaya təşəkkür”

Azərbaycanda səhiyyə sahəsində peşəkarlığı və insanlara göstərdiyi diqqət və qayğı ilə seçilən həkimlərdən biri olan nevroloq, EEQ üzrə mütəxəssis Dr. Jalə Qarayevanın fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib.

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tərəfindən Dr. Jalə Qarayevaya ünvanlanan rəsmi təşəkkür məktubunda onun cəmiyyətə göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Məktubda qeyd olunur ki, Jalə Qarayeva şəhid ailələri, qazilər, incəsənət və mədəniyyət xadimləri, eləcə də aztəminatlı ailələrdən olan vətəndaşlara daim təmənnasız tibbi dəstək göstərir.

Bildirilir ki, xüsusilə Azərbaycanın Böyük Vətən Müharibəsi dövründə və sonrakı mərhələdə həkimin yaralı və sağlamlığında problemlər yaranan vətəndaşlara göstərdiyi diqqət və qayğı böyük rəğbətlə qarşılanıb və bu fəaliyyət insanların qəlbində dərin iz buraxıb.

Təşəkkür məktubunda həmçinin vurğulanır ki, COVID-19 pandemiyası ilə mübarizə dövründə və müharibə zamanı zərər çəkmiş insanlara göstərilən tibbi yardım həkimlərin fədakarlığının bariz nümunəsidir. Dr. Jalə Qarayevanın bu istiqamətdə gördüyü işlər də xüsusi təqdirəlayiq hesab olunur.

Milli Məclisin Mədəniyyət Komitəsi tərəfindən ünvanlanan məktubda həkimin peşəkarlığı, humanist yanaşması və vətəndaşlara göstərdiyi xidmətlərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilərək, onun fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, nevroloq Dr. Jalə Qarayeva uzun illərdir sinir sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olur və peşəkar fəaliyyəti ilə pasiyentlərin böyük etimadını qazanıb. Onun tibbi bilik və təcrübəsi, eyni zamanda sosial məsuliyyətli fəaliyyəti cəmiyyət tərəfindən də yüksək dəyərləndirilir.

Mütəxəssislər bildirirlər ki, belə nümunəvi və fədakar həkimlərin fəaliyyəti ölkəmizdə səhiyyə sahəsinin inkişafına mühüm töhfə verir və gənc tibb işçiləri üçün də örnək rolunu oynayır.
Nevrologiya sahəsində peşəkarlığın ünvanı: Dr. Jalə Qarayeva pasiyentlərə yüksək səviyyəli tibbi xidmət göstərir.“Fədakar həkimə dövlət səviyyəsində qiymət – Qənirə Paşayeva Dr. Jalə Qarayevaya məktub ünvanladı”
  • Нравится
  • 0
  • Tom
  • 08-03-2026, 21:00
  • : 21:00
What's up, I wish for to subscribe for this weblog to get newest updates, thus where can i do it please help out.


Feel free to surf to my blog; Continue
действия
  • Нравится
  • 0
  • Yetta
  • 10-03-2026, 03:48
  • : 03:48
What's up to every one, the contents present at this site are genuinely
awesome for people knowledge, well, keep up the nice work fellows.


My site - Mostbet
действия
  • Нравится
  • 0
  • Juliet
  • 10-03-2026, 13:22
  • : 13:22
I am regular reader, how are you everybody?
This piece of writing posted at this web page is genuinely nice.


Feel free to surf to my website - Bizzo Casino
действия
  • Нравится
  • 0
This resource highlights safe exchanges for selling bitcoin in india.
действия
Популярный ролик