Dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlandı

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.

Telexeber.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə isə meninqoensofalit ( beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Популярный ролик