
Anar Bayramov tərəfindən ölkə səhiyyəsində aparılan islahatlar fonunda regionlardan gələn siqnallar getdikcə daha da kəskinləşir. Gəncədən gələn şikayətlər isə artıq adi narazılıq yox, açıq narahatlıq siqnalına çevrilib.
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov ilə bağlı redaksiyamıza daxil olan müraciətlərdə sakinlər vəziyyəti ağır sözlərlə təsvir edir:
“Adı xəstəxanadır, amma sistem işləmir!”
Sakinlərin iddialarına görə:
İcbari tibbi sığorta tətbiq olunsa da, xidmətlərin hamısı real şəkildə əlçatan deyil
Müayinələr, həkim qəbulları və diaqnostika ilə bağlı narazılıqlar geniş yayılıb
Vətəndaşlar keyfiyyətli tibbi xidmət üçün paytaxta üz tutmağa məcbur qalır
Bəzi müraciətlərdə isə xüsusilə vurğulanır ki, insanlar artıq bu vəziyyətdən bezib və real dəyişiklik gözləyir.
Gəncə sakinlərinin əsas çağırışı isə açıqdır:
“İslahatlar kağız üzərində yox, real həyatda hiss olunmalıdır!”
Hazırda bütün diqqətlər TƏBİB rəhbərliyinə yönəlib. Sakinlər ümid edir ki, bölgələrdə yaranan bu narazılıq dalğası diqqətdən kənarda qalmayacaq.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi öyrənilir.