Azərbaycanda 10 tibb işçisi COVID-19-dan ölüb
- 13.06.2020, 08:58,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
“İndiyə kimi yeni növ koronavirusa yoluxan 10-a yaxın tibb işçisi vəfat edib”.
Telexeber.az xəbər verir ki, bunu açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar tibb işçiləridir: “Xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar həkimlər, tibb bacıları və xadimələrdir. Bu insanlar yüksək risk qrupundadır və onlar arasında yoluxma çoxdur. Daha çox yoluxma orta və kiçik tibb işçiləri arasında qeydə alınıb. Ancaq bunun sayını söyləmək çətindir. Çünki tibb işçiləri özlərini evdə də müalicə edə bilərlər. Yoluxan və yaşı çox olan tibb işçilərində bu xəstəlik daha ağır keçir, ölüm riski daha yüksəkdir. İndiyə qədər koronavirusdan 10-a yaxın tibb işçisi dünyasını dəyişib”.