"Semaşko"da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü
- 07.09.2020, 23:06,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda Qazaxıstan vətəndaşı 38 yaşlı Dastan Toktasınov halı pisləşdiyi üçün 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") aparılıb.
Telexeber.az report-a istinadən xəbər verir ki, pasiyent xəstəxanada tənəffüs çatışmazlığından vəfat edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Xarici vətəndaşın COVID-19-a yoluxduğu ehtimal edilir. Belə ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəz yalnız koronavirus xəstələrini qəbul edir.