Mütəxəssislər III dozanın fərqli şirkətə məxsus peyvəndlə edilməsini məsləhət görmür.
Telexeber.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. “Qanununvericilik “CoronaVac” peyvəndi üzərindən “Pfizer” peyvəndinin vurulmasını qadağan etməyib. Lakin bunu məşhur infeksionist Adil Abdullayevdən soruşdum. O, maraqlı fikir söylədi ki, mexanizmləri fərqli olan peyvəndləri qarışdırmağı məsləhət görmür. İnfeksionist təbabətin deyil, özünün məsləhət görmədiyini dedi. O, mexanizmin sona qədər bilinmədiyini və “Sinovac”la peyvəndləndiyim üçün onunla peyvəndlənməyə davam etməyimi məsləhət gördü”,-o bildirib.
V. İsmayıl onu da qeyd edib ki, artıq ÜST tanıdığı üçün Avropa bir müddət sonra “SinoVac” peyvəndini qəbul edəcək:
“Onların indi bunu qəbul etməməsinin əsas səbəbi ticari və iqtisadi məsələlərdir”.