Peyvənd olunanların 60%-dən çoxu bu vaksindən istifadə edib

Peyvənd olunanların 60%-dən çoxu bu vaksindən istifadə edibÖlkə üzrə əhalinin vaksinasiyası ilə bağlı açıqlanan son məlumata görə, hazırda əhalinin cəmi 34 faizi vaksinasiya olunub. Vətəndaşların vaksinasiya ilə bağlı fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 16-20 avqust tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 501 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

Media Təhlil Mərkəzindən Telexeber.az-a verilən məlumata görə, bir neçə variant seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2%-i ailə üzvlərinin yoluxduğunu, 61,1%-i qohum, dost və qonşuları arasında koronavirusa yoluxma faktının qeydə alındığını söyləsə də, 19,2%-i tanıdığı insanların virusa yoluxmadığını qeyd edib.
Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7%-nin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8%-ni, özünün peyvənd olunduğunu söyləylənlər respondentlərin 46,7%-ni təşkil edib. Fikrini bildirənlərin 3,8%-i isə ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.

Növbəti sual vasitəsilə iştirakçıların koronavirusa qarşı edilən vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5%-i əks təsirlərlə qarşılaşdığını, 56,7%-i belə bir halla rastlaşmadığını, 4,8%-i isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.

“COVID-19” əleyhinə hansı vaksini vurdurmusunuz?” sualına verilən cavablar isə aşağıdakı kimi olub:

SinoVac – 60,5%;

Pfizer – 6,2%;

Sputnik V – 3%;

Vaxzevria (AstraZeneca) – 1,4%;

Vaksin vurdurmamışam – 28,9%.
Peyvənd olunanların 60%-dən çoxu bu vaksindən istifadə edib
Популярный ролик