Peyvənd olunanların “omikron”a yoluxma ehtimalı nə qədərdir?
- 07.02.2022, 09:25,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
İnfeksionist, tibb elmləri namizədi, İnvitro-Sibir klinik diaqnostika laboratoriyasının baş həkimi Andrey Pozdnyakov “RİA Novosti”yə müsahibəsində peyvənd olunanların “omikron” variantına qarşı qorunma dərəcəsini qiymətləndirib.
Telexeber.az xəbər verir ki, həkimin sözlərinə görə, COVID-19-a qarşı peyvənd olunanlar tez bir zamanda yeni tip “omikron” ştamına qarşı anticisimlər istehsal edirlər. Beləliklə, immunitet sistemi əvvəlcədən reaksiya verməyə fürsət tapmır, odur ki, infeksiya baş verir.
“Ancaq sonra yaddaş hüceyrələrində antikorların aktiv istehsalı başlayır, onlar tez işləyirlər, buna görə də insan tez sağalır və yoluxucu olmur”, - həkim qeyd edib.
A.Pozdnyakov bildirib ki, yeni varinat yəqin ki, sələfləri qədər tez və kütləvi şəkildə yayılmayacaq.