Dünya viruslardan qurtula bilmir: "Meymun çiçəyi" virusu yayılır
- 19.05.2022, 11:15,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
7 may tarixində İngiltərədə aşkar olunan "meymun çiçəyi" virusuna bu dəfə ABŞ-də rast gəlinib.
Telexeber.az xarici KİV-nə istinadən xəbər verir ki, Massaçusetsdən olan bir şəxs Kanadaya səyahət etdikdən sonra "meymun çiçəyi" virusuna yoluxub. Massaçusets Xalq Sağlamlığı Departamenti ilk yoluxma faktını təsdiqləyib.
Məlumat üçün bildirək ki, bu virusun əsas simptomları dəridə qabarcıqların olması, qızdırma, bel və əzələ ağrısı, limfa düyünlərinin şişməsidir.
Hazırda İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfərdə bu virus aşkarlanıb. Virusun ilk mənbəyi olan İngiltərədə isə 9 nəfər bu virusun daşıyıcısıdır.