Bu ilin yanvar-may aylarında özəl tibb müəssisələrində göstərilən xidmətlər açıqlanıb
- 26.07.2022, 10:41,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb.
Telexeber.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nin mətbuat xidmətindən verilən xəbərə görə, bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib.
Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65 və 557 olmuşdur. Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-may ayları üzrə davam edir.