Həkimlər hesab edirlər ki, səhər oyandıqdan sonra su içmək sadə, lakin sağlamlıq üçün bir çox cəhətdən çox faydalı vərdişdir.
Telexeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, genetik Viki Godfri müsahibəsində bildirib ki, səhər su içmək vərdişi orqanizmin sağlamlığının qorunub saxlanmasının açarıdır, eyni zamanda, uzun ömür yaşamaq şanslarını artırır.
Ətraflı
“Səhər oyandıqdan sonra su içmək daha uzun ömür sürmək şanslarınızı artırmaq üçün sadə, lakin təsirli bir yoldur”, - deyə Viki Godfri bildirib. Ekspert qeyd edib ki, su içməyin faydası barədə çox adamın məlumatı olsa belə, əslində, kifayət qədər maye qəbul edənlər azdır. Mütəxəssisin məlumatına əsasən, təxminən hər altı yetkin insandan biri kifayət qədər su içmir, bu rəqəm insanların 60 və daha yuxarı yaş həddinə çatdıqca artır.
Həkim gecə ərzində maye qəbul etməmiş hüceyrələri su ilə təmin etmək üçün səhər oyandıqdan sonra otaq temperaturunda su içməyi tövsiyə edir.
“Bu səhər vərdişinin başqa bir faydası ondan ibarətdir ki, o, immun sisteminin mühüm hissəsi olan limfa sistemini tarazlamağa kömək edir. İmmun funksiyamız güclü olduqda, xəstəliklərdən qorunma səviyyəsi artır - bu, ömrün uzunluğuna müsbət təsir göstərir", - deyə ekspert əlavə edib.
Viki Qodfrinin fikrincə, uzunömürlülüyü təşviq edən başqa bir səhər vərdişi - səhər saat 9-da piyada gəzməkdir – bu, möhkəm sağlamlıq üçün vacib olan D vitamininin səviyyəsini qoruyub saxlamağa effektiv kömək edir.