Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.
Telexeber.az Xəzər xəbərə istinadən verir ki, valideynlər həkimləri günahlandırır. Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.
Bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar.
Körpənin valideynləri məsələnin araşdırılmasını və günahkar olan həkimlərin cəzalanmasını tələb edir.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı açıqlama almaq istəsək də suallarımızı cavablandıran tapılmadı.
TƏBİB-dən isə bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır.