18 direktorla bağlanmış müqavilə ləğv edilib - RƏSMİ

18 direktorla bağlanmış müqavilə ləğv edilib - RƏSMİ2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı açıqlama verərkən deyib.


Onun sözlərinə görə, il ərzində 563 müəllimlə müddətli müqavilə bağlanıb:

"BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 23 nəfər psixoloq vəzifəsinə, 24 nəfər kitabxanaçı vəzifəsinə, doqquz nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 152 nəfər laborant vəzifəsinə işə qəbul olunub. Ümumilikdə, 282 nəfərin işə qəbulu həyata keçirilib".

"Bu il 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib".
Популярный ролик