Onlar YAP-dan qovulacaq? - AÇIQLAMA

Onlar YAP-dan qovulacaq? - AÇIQLAMAÖtən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər. Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.

Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla bilərmi?


Telexeber.az bildirir ki, modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb. Partiyanın mətbuat xidmətindən saytımıza hələlik bu barədə müzakirə aparılmadığı bildirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə saytımıza bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

"Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq. Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir".
Популярный ролик