Slovakiyanın Baş naziri İlham Əliyevi təbrik edib

Slovakiya Respublikasının Baş naziri Robert Fiko İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Telexeber.az xəbər verir ki, təbrikdə deyilir:


"Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Sizin liderliyinizlə Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqınızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri dərinləşəcək və ikitərəfli əməkdaşlığın yeni sahələri üzrə daha da inkişaf edəcək. Mən bu münasibətlərin hərtərəfli yüksəlməsində, o cümlədən iqtisadi-ticari sahədə daha yaxşı nəticələr əldə olunmasında maraqlıyam. Buna görə də bu fürsətdən istifadə edərək yaxın gələcəkdə Sizinlə şəxsən görüşmək və ölkənizə rəsmi səfər etmək istədiyimi bildirirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizin icrasında uğurlar arzulayır və görüşümüzü səbirsizliklə gözləyirəm".
Популярный ролик