Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edildi

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Telexeber.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15 faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir.

Söhbət zamanı layihələr portfelinin, o cümlədən Birgə İnvestisiya Şirkətinin vəsaitlərinin cəlb edilməsi ilə daha da artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın növbəti iclası və iki ölkənin ikinci Regionlar Forumu keçiriləcək.
Популярный ролик