Ceyhun Bayramov ABŞ-yə səfər edib
- 09.07.2024, 13:51,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
XİN-dən Telexeber.az-a verilən məlumata görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.