Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə görüşdü
- 24.09.2024, 09:26,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.