Türkiyəli nazir Ər-Riyadda Muxtar Babayevlə görüşdü
- 03.12.2024, 14:09,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.
Telexeber.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murat Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.