Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu
- 30.04.2020, 08:43,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.
Telexeber.az xəbər verir ki, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
(Report)