Ceyhun Bayramov iki ölkəyə rəsmi səfərə gedir
- 25.11.2025, 08:43,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.
Telexeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, nazirin noyabrın 25-27-də hayata keçirəcəyi səfər çərçivəsində Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.