Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
- 06.12.2025, 12:25,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında paylaşım edib:
“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”.