Paşinyan da Rusiyaya gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

Telexeber.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək
Популярный ролик