İlham Əliyev Kuba liderini təbrik etdi
- 01.01.2026, 13:19,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.
Telexeber.az həmin məktubu təqdim edir
"Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm".